Türkiyəyə gələn və gedən təyyarələr silahlı polislər tərəfindən müşayiət olunacaq

Türkiyəyə gələn və gedən təyyarələr silahlı polislər tərəfindən müşayiət olunacaq Bakı. 4 dekabr. REPORT.AZ/ Türkiyənin hava limanlarına və əks istiqamətdə bir sıra beynəlxalq reyslər silahlı polislər tərəfindən müşayiət olunacaq.
Region
4 Dekabr , 2017 15:37
Türkiyəyə gələn və gedən təyyarələr silahlı polislər tərəfindən müşayiət olunacaq
Flickr / Cristian Bortes

Bakı. 4 dekabr. REPORT.AZ/ Türkiyənin hava limanlarına və əks istiqamətdə bir sıra beynəlxalq reyslər silahlı polislər tərəfindən müşayiət olunacaq.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Ahmet Arslan bildirib.

Qeyd edək ki, Türkiyə parlamenti tərəfindən ötən həftə qəbul edilən qanuna görə, terror hücumlarına qarşı tədbir məqsədilə Türkiyəyə və oradan uçuş həyata keçirən təyyarələrdə silahlı polislər ola bilər.

"Təhlükəsizlik məqsədilə göyərtədə silahlı polislərin olması təcrübəsi yalnız Türkiyədə tətbiq olunmur. Bu metoddan ABŞ və Böyük Britaniya daxil olmaqla, bir çox ölkələr də yararlanırlar. Qanunvericilik əvvəlcə buna icazə vermirdi, bu səbəbdən çətinliklər yaranırdı. Yeniliklər yalnız bəzi uçuşlara şamil ediləcək", - A.Arslan vurğulayıb.

Onun sözlərinə görə, hava polisinin əməkdaşları uçuş həyata keçirilən iki ölkə arasında müvafiq saziş imzalandıqdan sonra beynəlxalq reysləri müşayiət edəcək.

Son xəbərlər

Orphus sistemi