Yuxarı
    Bağlamaq

    ​Türkiyədə 250 terrorçu mühasirəyə alınıb

    Rəcəb Tayyib Ərdoğan son bir həftədə iki minə yaxın terrorçunun zərərsizləşdirildiyini bəyan edib

    Bakı. 7 sentyabr. REPORT.AZ/ Türkiyədə xüsusi təyinatlılar 250 terrorçunu mühasirəyə alıb.

    "Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

    Terrorçular Cilo dağından enərkən mühasirəyə düşüblər.

    Qeyd edək ki, ötən gün Türkiyənin Hakkari əyalətinin Dağlıca bölgəsində terrorçuların yola döşədiyi minanın partadılması nəticəsində 15 əsgər həyatını itirmişdi. Bunun ardınca Türkiyə Hərbi Hava Qüvvələrinin həmin ərazidə apardığı əməliyyat nəticəsində çoxlu sayda terrorçunun zərərsizləşdirildiyi haqda xəbər yayılmışdı.

    Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə televiziya kanallarından birinə müsahibəsində son bir həftədə iki minə yaxın terrorçunun zərərsizləşdirildiyini bildirib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi