​Türkiyənin Şırnak əyalətində 5 terrorçu zərərsizləşdirilib

​Türkiyənin Şırnak əyalətində 5 terrorçu zərərsizləşdirilib Əsgərlər İraq tərəfdən iriçaplı silahlardan atəşə tutulub
Region
26 Avqust , 2015 16:31
​Türkiyənin Şırnak əyalətində 5 terrorçu zərərsizləşdirilib

Bakı. 26 avqust. REPORT.AZ/ PKK Türkiyənin Şırnak əyalətinin mərkəzindəki Çakırsögüt və Uludərə rayonlarındakı hərbçilərə iriçaplı silahlarla hücum edib. 

"Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində biri qadın olmaqla, 5 terrorçu zərərsizləşdirilib.

Məlumatda bildirilib ki, Uludərə rayonunun Gülyazı qəsəbəsinin İraqla sərhədində yerləşən Karaçalı məntəqəsində tikilən yolun təhlükəsizliyinin keşiyində duran əsgərlər İraq tərəfdən iriçaplı silahlardan atəşə tutulub. Hərbçilərin cavab atəşi nəticəsində 2 terrorçu məhv edilib.

İkinci hadisə isə əyalətdəki Küpəli dağının ətəklərində baş verib. Terrorçuların hücumuna əsgərlərin cavabıüe nəticəsində 3 PKK-çı zərərsizləşdirilib.

Son xəbərlər

Orphus sistemi