Türkiyənin müdafiə naziri İraqla sərhədyanı bölgəyə gedib

Türkiyənin müdafiə naziri İraqla sərhədyanı bölgəyə gedib Fikri Işık: “Hər ehtimala qarşı hazır olmalıyıq”
Region
2 Noyabr , 2016 16:07
Türkiyənin müdafiə naziri İraqla sərhədyanı bölgəyə gedib

Bakı. 2 noyabr. REPORT.AZ/ Türkiyənin müdafiə naziri Fikri Işık ölkənin cənub-şərq bölgəsində, İraqla sərhəddə olub.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, o, həmin əraziyə göndərilən hərbi texnikaya baxış keçirib.

Məlumata görə, onu Türkiyə Quru Qoşunlarının komandanı Salih Zeki Çolak müşayiət edib.

Qeyd edək ki, ötən gün Türkiyənin 28-ci motoatıcı piyada briqadası Sırnak əyalətinin Silopi rayonuna, İraqla sərhədə ezam edilib. Hərbi texnikanın İraqla sərhədə göndərilməsinə aydınlıq gətirən müdafi naziri demişdi: “Hər ehtimala qarşı hazır olmalıyıq. Terror təhdidinə heç bir zaman icazə verəməyəcəyik”.

Xatırladaq ki, Türkiyə İraqın Telafər bölgəsində türkmənlərin işgəncəyə məruz qalmasının qarşısının alınması məqsədilə hərbi texnikanın qonşu ölkəylə sərhədə yaxın əraziyə ezam edildiyini bildirib.

Telafər hazırda terrorçu İŞİD qruplaşmasının nəzarəti altındadır. İrana bağlı “Haşdi Şabi” silahlı dəstəsi həmin rayonu terrorçulardan azad etmək istiqamətində döyüşür.

Son xəbərlər

Orphus sistemi