Türkiyənin Gürcüstandakı səfiri Marneuli rayonunun rəhbəri ilə görüşüb

Türkiyənin Gürcüstandakı səfiri Marneuli rayonunun rəhbəri ilə görüşüb Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Marneuli rayonuna səfər edib.
Region
12 İyun , 2019 20:33
Türkiyənin Gürcüstandakı səfiri Marneuli rayonunun rəhbəri ilə görüşüb

Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Marneuli rayonuna səfər edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, səfər çərçivəsində xanım səfir rayon bələdiyyəsində icra başçısı Zaur Darğallı ilə görüşüb.

F.C.Yazqan Z.Darğallını icra başçısı vəzifəsinə seçilməsi münasibəti ilə təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Tərəflər əlaqələrin möhkəmləndirilməsi məqsədi ilə gələcək planları müzakirə ediblər.

Görüşdə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Tbilisi koordinatoru Necla Demirdağ da iştirak edib.

Son xəbərlər

Orphus sistemi