​Türkiyənin Ədalət və İnkişaf Partiyası seçkilərdə hakim statusunu itirib

​Türkiyənin Ədalət və İnkişaf Partiyası seçkilərdə hakim statusunu itirib Partiya seçicilərin təqribən 9%-nin səsindən məhrum olub
Region
8 İyun , 2015 00:27
​Türkiyənin Ədalət və İnkişaf Partiyası seçkilərdə hakim statusunu itirib

Bakı. 8 iyun. REPORT.AZ/ Türkiyənin baş naziri Əhməd Davudoğlunun Ədalət və İnkişaf Partiyası (ƏİP) parlament seçkilərində faizlə irəli çıxıb, lakin təkbaşına hökumət formalaşdırmaq üçün parlamentdə kifayət qədər yer (276) toplaya bilməyib.

“Report” xəbər verir ki, bülletenlərin 99% -ni hesablayan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ƏİP səslərin 40,94%-ni toplayıb və ya Böyük Millət Məclisindəki 550 yerdən 259-nu qazanıb.

Partiya 2011-ci ilin parlament seçkilərinin nəticələri ilə müqayisədə seçicilərin təqribən 9%-ni itirib.

Son xəbərlər

Orphus sistemi