Yuxarı

Türkiyə Braziliyadakı səfirini geri çağırıb

Braziliya Senatı Türkiyənin sərt reaksiyasına səbəb olan qondarma erməni soyqırımı ilə bağlı qətnamə qəbul etmişdi

Bakı. 9 İyun. REPORT.AZ/ Türkiyənin Braziliyadakı səfiri Hüseyn Diriöz Ankaraya geri çağırılıb. 

"Report" "Huriyet" qəzetinə istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN-dən bildiriblər.

Mayın sonunda Braziliya Senatı qondarma erməni soyqırımı ilə bağlı qətnamə qəbul etmişdi. Buna cavab olaraq, Braziliyanın səfiri Türkiyə XİN-ə dəvət olundu və ondan məsələ ilə bağlı izahat tələb edildi.

“Həqiqətləri təhrif edən Braziliya Senatının qərarı ermənilərin təsiri ilə qəbul edilib. Buna cavab olaraq Türkiyənin Braziliyadakı səfiri Hüseyn Diriöz məsləhətləşmələr üçün geri çağrılıb”, - deyə nazirlikdən bildiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi