Türkiyənin baş naziri: "Hadisələr zamanı 161 şəhid vermişik, 20 qiyamçı hərbçi öldürülüb, 2839 zabit və əsgər tutulub"

Türkiyənin baş naziri: "Hadisələr zamanı 161 şəhid vermişik, 20 qiyamçı hərbçi öldürülüb, 2839 zabit və əsgər tutulub" Baş nazir: “1440 nəfər yaralımız var”
Region
16 İyul , 2016 13:35
Türkiyənin baş naziri: Hadisələr zamanı 161 şəhid vermişik, 20 qiyamçı hərbçi öldürülüb, 2839 zabit və əsgər tutulub

Bakı. 16 iyul. REPORT.AZ/ Türkiyədə bir qrup hərbçinin dövlət çevrilişinə cəhdi zaman 161 nəfər həlak olub.

“Report” xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, qiyamçılardan müxtəlif rütbəli 2839 zabit və əsgər tutulub.

Baş nazir qeyd edib ki, son məlumatlara görə, hadisələr zamanı 1440 nəfər yaralanıb.

B.Yıldırım deyib ki, çevrilişə cəhd edən 20 hərbçi öldürülüb, 30-u yaralanıb. 

Son xəbərlər

Orphus sistemi