​Türkiyənin baş naziri evlilik proqramlarını tənqid edib

​Türkiyənin baş naziri evlilik proqramlarını tənqid edib "Bağlı pərdələrin arxasından edilən bazarlıqla ailə qurulmaz"
Region
13 Fevral , 2016 17:47
​Türkiyənin baş naziri evlilik proqramlarını tənqid edib

Bakı. 13 fevral. REPORT.AZ/ Türkiyənin baş naziri Əhməd Davudoğlu Türkiyənin Radio və Televiziya Ali Şurasına (RTÜK) evlilik proqramlarından şikayət edib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, şuranın rəhbəri İlhan Yerlikayanın rəhbərliyi altında qurumun üzvlərini qəbul edən baş nazir evlilik proqramlarının Türkiyənin ailə mədəniyyətinə uyğun olmadığını bildirib.

Çankaya sarayında baş tutan görüş bir saat çəkib.

“Bu cür proqramlarda baş verənlərə evlilik demək olmaz. Veriliş ailə mədəniyyətimizə zərər vurur. Ailə bağlı pərdələrin arxasından edilən bazarlıqlarla qurula bilinməz. Bunlar Türkiyənin ailə mədəniyyətinə uyğun olmayan hərəkətlərdir" - baş nazir bildirib.

Son xəbərlər

Orphus sistemi