Yuxarı

Türkiyənin Azərbaycandakı səfirinin yeni iş yeri məlum olub

İsmayıl Alpər Coşqun Türkiyə XİN-də işləyəcək

Bakı. 26 avqust. REPORT.AZ/ Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alpər Coşqunun yeni iş yeri məlum olub.

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, diplomat bundan sonra Türkiyənin Xarici İşlər Nazirliyində işləyəcək.

Qeyd edək ki, 2012-ci ilin sentyabrın 24-dən Türkiyənin Azərbaycandakı səfiri olan İ.A.Coşqunun səlahiyyət müddəti başa çatıb. Türkiyə Xarici İşlər Nazirliyinin şöbə müdirinin müavini Erkan Özoral Azərbaycana yeni fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi