Yuxarı
    Bağlamaq

    Türkiyənin 40-a yaxın hərbçisi Almaniyadan siyasi sığınacaq istəyib

    Onlar NATO-nun Almaniya ərazisindəki bazalarında xidmət keçən yüksək rütbəli zabitlərdir

    Bakı. 28 yanvar. REPORT.AZ/ Türkiyənin 40-a yaxın hərbçisi Almaniyadan siyasi sığınacaq almaq üçün müraciət edib.

    "Report" TASS-a istinadən xəbər verir ki, onlar yüksək rütbəli zabitlərdir və NATO-nun Almaniya ərazisindəki bazalarında xidmət edirlər. 

    Federal Miqrasiya və Qaçqınlarla iş üzrə İdarə və Almaniya Daxili İşlər Nazirliyindən onların vəsatətinə adi qaydada baxılacağı bildirilib. 

    Qeyd edək ki, Almaniya kansleri Angela Merkelin fevralın 2-də Türkiyəyə rəsmi səfər edəcəyi gözlənilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi