Yuxarı
    Bağlamaq

    ​Türkiyənin 18-ci baş naziri vəfat edib

    Həbri çevrilişdən sonra ölkənin Milli Təhlükəsizlik Şurası ona 44-cü hökuməti formalaşdırmağı tapşırıb

    Bakı. 23 dekabr. REPORT.AZ/ Türkiyədə 1980-ci il sentyabrın 12-də baş verən hakimiyyət çevrilişi zamanı ölkənin baş naziri olmuş Saim Bülend Ulusu 92 yaşında vəfat edib.

    "Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

    Çevrilişdən sonra ölkənin Milli Təhlükəsizlik Şurası ona 44-cü hökuməti formalaşdırmağı tapşırıb. Bununla da Türkiyənin müasir tarixinə 18-ci baş naziri kimi düşüb.

    Saim Bülend Ulusu 1983-87-ci illərdə millət vəkili olub.

    Qeyd edək ki, 1980-ci il sentyabr 12-də baş verən hərbi çevrilişin başçısı general Kənan Evren olub. O, bu il mayın 10-da 98 yaşında vəfat edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi