Türkiyə 10 ölkəyə yeni səfir təyin edib

Türkiyə 10 ölkəyə yeni səfir təyin edib Türkiyə Xarici İşlər Nazirliyi şöbə müdirinin müavini Erkan Özoral Azərbaycana yeni fövqəladə və səlahiyyətli səfir təyin olunub
Region
26 Avqust , 2016 10:08
Türkiyə 10 ölkəyə yeni səfir təyin edib

Bakı. 26 avqust. REPORT.AZ/ Türkiyə 10 ölkəyə yeni səfir təyin edib. 

"Report" "Haber7"yə istinadən xəbər verir ki, rəsmi Ankaranın 22 ölkədəki səfirinin yeri dəyişdirilib. 

Onlardan 12-si bundan sonra Türkiyənin Xarici İşlər Nazirliyində işləyəcək. Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkunla yanaşı, Fransa, İtaliya, Xorvatiya, Panama, Makedoniya, Mozambik, Yeni Zelandiya, Tunis, Bruney, Bosniya-Hersoqovina və Moldovadakı səfirləri diplomatik fəaliyyətlərini XİN-də davam etdirəcəklər.

On ölkəyə isə yeni səfir təyin olunub. Türkiyə Xarici İşlər Nazirliyi şöbə müdirinin müavini Erkan Özoral Azərbaycana yeni fövqəladə və səlahiyyətli səfir təyin edilib. O, bu vəzifədə indiki səfir İsmayıl Alper Coşkunu əvəzləyəcək.

Hulusi Kılıc Moldovaya, Tülin Erkal Kara Makedoniyaya, Zeynep Kızıltan Mozambikə, Ahmet Ergin Yeni Zelandiyaya, Ömer Faruk Doğan Tunisə, Məsut Suat Akgün Burneyə, Levent Murat Burhan İrlandiyaya, Haldun Koç Bosniya-Hersoqovinaya və Murat Selim Esneli İtaliyaya səfir təyin ediliblər.

Son xəbərlər

Orphus sistemi