Yuxarı
    Bağlamaq

    Türkiyədə yeni hökumətin tərkibi bu gün açıqlana bilər

    Ərdoğan noyabrın 17-də Davutoğluna Türkiyənin 64-cü hökümətini qurma səlahiyyəti vermişdi

    Bakı. 24 noyabr. REPORT.AZ/ Bu gün Bakı saatı ilə 13.00-da Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan baş nazir Əhməd Davutoğlunu qəbul edəcək.

    "Report"un "Hurriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, əksər ekspertlər hesab edir ki, yeni hökümətin tərkibi məhz bu görüşdən sonra açıqlanacaq. Halbuki konstitusiyaya əsasən seçkilərdə qalib gəlmiş partiya sədri olaraq Davutoğlu Nazirlər Kabinetinin yeni tərkibini 45 gün ərzində müəyyənləşdirə bilər.

    Xatırladaq ki, Ərdoğan noyabrın 17-də Davutoğluna Türkiyənin 64-cü hökümətini qurma səlahiyyəti vermişdi.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi