Türkiyədə yeni hökumətin tərkibi bu gün açıqlana bilər

Türkiyədə yeni hökumətin tərkibi bu gün açıqlana bilər Ərdoğan noyabrın 17-də Davutoğluna Türkiyənin 64-cü hökümətini qurma səlahiyyəti vermişdi
Region
24 Noyabr , 2015 05:28
Türkiyədə yeni hökumətin tərkibi bu gün açıqlana bilər

Bakı. 24 noyabr. REPORT.AZ/ Bu gün Bakı saatı ilə 13.00-da Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan baş nazir Əhməd Davutoğlunu qəbul edəcək.

"Report"un "Hurriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, əksər ekspertlər hesab edir ki, yeni hökümətin tərkibi məhz bu görüşdən sonra açıqlanacaq. Halbuki konstitusiyaya əsasən seçkilərdə qalib gəlmiş partiya sədri olaraq Davutoğlu Nazirlər Kabinetinin yeni tərkibini 45 gün ərzində müəyyənləşdirə bilər.

Xatırladaq ki, Ərdoğan noyabrın 17-də Davutoğluna Türkiyənin 64-cü hökümətini qurma səlahiyyəti vermişdi.

Son xəbərlər

Orphus sistemi