Yuxarı

​Türkiyədə terrorçu PKK-nın aparıcı üzvlərindən biri tutulub

Antiterror əməliyyatı İstanbulun 8 rayonu üzrə 14 ünvanda aparılıb

Bakı. 24 oktyabr. REPORT.AZ/ İstanbulda keçirilən antiterror əməliyyatı zamanı Türkiyənin Bingöl əyalətinin Karlıova rayonu üzrə terrorçu PKK qruplaşmasının məsulu "Rodi" kod adlı, Hamdi İ. və Xalqların Demokratik Partiyasından deputatlığa namizəd Əziz Tuncun oğlu Hayri Tunc həbs edilib. "Report" Türkiyə mətbuatına istinadən məlumat verir ki, antiterror əməliyyatı İstanbulun 8 rayonu üzrə 14 ünvanda keçirilib. 

Əməliyyat nəticəsində 10 nəfər tutulub. Onlar terrorçu PKK-ya Türkiyədən və xaricdən adamları cəlb etməkdə, ölkə daxilində iğtişaşları təşkil etməkdə və molotov kokteyli ilə basqınlar törətməkdə şübhəli bilinirlər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi