​Türkiyədə terrorçu PKK-nın aparıcı üzvlərindən biri tutulub

​Türkiyədə terrorçu PKK-nın aparıcı üzvlərindən biri tutulub Antiterror əməliyyatı İstanbulun 8 rayonu üzrə 14 ünvanda aparılıb
Region
24 Oktyabr , 2015 15:54
​Türkiyədə terrorçu PKK-nın aparıcı üzvlərindən biri tutulub

Bakı. 24 oktyabr. REPORT.AZ/ İstanbulda keçirilən antiterror əməliyyatı zamanı Türkiyənin Bingöl əyalətinin Karlıova rayonu üzrə terrorçu PKK qruplaşmasının məsulu "Rodi" kod adlı, Hamdi İ. və Xalqların Demokratik Partiyasından deputatlığa namizəd Əziz Tuncun oğlu Hayri Tunc həbs edilib. "Report" Türkiyə mətbuatına istinadən məlumat verir ki, antiterror əməliyyatı İstanbulun 8 rayonu üzrə 14 ünvanda keçirilib. 

Əməliyyat nəticəsində 10 nəfər tutulub. Onlar terrorçu PKK-ya Türkiyədən və xaricdən adamları cəlb etməkdə, ölkə daxilində iğtişaşları təşkil etməkdə və molotov kokteyli ilə basqınlar törətməkdə şübhəli bilinirlər. 

Son xəbərlər

Orphus sistemi