Türkiyədə tələbə qızın ölümü etirazlara səbəb olub

Türkiyədə tələbə qızın ölümü etirazlara səbəb olub Qadınlar tələbə qızın amansızlıqla qətlə yetirilməsinə etiraz edirlər
Region
15 Fevral , 2015 17:35
Türkiyədə tələbə qızın ölümü etirazlara səbəb olub

Bakı. 15 fevral. REPORT.AZ/ Türkiyədə tələbə qızın qətlə yetirilməsilə bağlı minlərlə qadın müxtəlif şəhərlərdə etiraz aksiyaları keçirib.

"Report" BBC-yə istinadla xəbər verir ki, məlumatlara görə tələbə qız onu zorlamağa cəhd edən avtobus sürücüsünə müqavimət göstərib.

Mersin şəhərinin polis əməkdaşları 20 yaşlı Özgecan Aslanın yanmış cəsədini çayın kənarında aşkar ediblər. Hadisə ilə bağlı 3 nəfər həbs olunub - mikroavtobus sürücüsü, onun atası və dostu.

Türkiyə prezidenti və baş naziri mərhumun ailəsinə telefon açaraq başsağlığı veriblər. Baş nazir Əhməd Davudoğlu cinayəti törədənlərin cəzalandırılacağına söz verib.

Özgecan Aslanın bıçaqlandığı və baş nahiyəsindən dəmir boru zərbəzi aldığı bildirilir. 

Minlərlə qadın Ankara, İstanbu, Mersin və ölkənin digər şəhərlərində etiraz aksiyaları keçirib.

Son xəbərlər

Orphus sistemi