Türkiyədə sərnişin təyyarəsi zolaqdan çıxaraq aşıb - VİDEO

Türkiyədə sərnişin təyyarəsi zolaqdan çıxaraq aşıb - VİDEO Hadisə Trabzon aeroportunda eniş edən zaman baş verib
Region
14 Yanvar , 2018 09:38
Türkiyədə sərnişin təyyarəsi zolaqdan çıxaraq aşıb - VİDEO

Bakı. 14 yanvar. REPORT.AZ/ Türkiyənin "Pegasus Airlines" aviaşirkətinə məxsus təyyarə Trabzon aeroportuna eniş zamanı zolaqdan kənara çıxıb.

“Report” xəbər verir ki, bu barədə bazar günü yerli televiziya məlumat yayıb.

Bildirilir ki, təyyarə Ankaradan Trabzona uçub. Qəzanın səbəbləri barədə məlumat verilmir.

İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Təyyarənin göyərtəsində 162 sərnişin və 6 heyət üzvü olub. İnsanlar xilasedici pilləkanlar vasitəsi ilə təxliyyə edilib.

Son xəbərlər

Orphus sistemi