Türkiyədə sel fəlakəti nəticəsində 3 nəfər ölüb

Türkiyədə sel fəlakəti nəticəsində 3 nəfər ölüb Ölənlərdən biri beş aylıq körpədir və onun cəsədini tapmaq mümkün olmayıb
Region
25 İyun , 2016 09:50
Türkiyədə sel fəlakəti nəticəsində 3 nəfər ölüb

Bakı. 25 iyun. REPORT.AZ/ Türkiyənin Muş vilayətində biri beş aylıq uşaq olmaqla 3 nəfər ölüb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə Korkut rayonunun Karakale kəndində baş verib.

Belə ki, 45 dəqiqə davam edən leysan yağışı və dolu Sılığ dərəsinin daşmasına səbəb olub. Nəticədə Bulanık rayonundan Muş istiqamətinə hərəkət edən və içərisində 7 nəfərin olduğu avtomobili sel aparıb. Maşının sürücüsü Orhan Süngür, qızları Ela və Canan Süngür, həmçinin Songül Demiri kənd sakinləri xilas edə biliblər. Onlar Korkut Dövlət Xəstəxanasına qaldırılıblar. Ancaq sürücünün həyat yoldaşı Yasemin Süngür, oğlu Yusuf və 5 aylıq körpə Yunusu sel aparıb. Xilasedicilər ana ilə uşağın cəsədlərini tapsalar da, ancaq körpənin meyitinin axtarışları heç bir nəticə verməyib. 

Həmçinin təbii fəlakət nəticəsində Karakale kəndində 40-a yaxın ev, inzibati və özəl binalara zərər dəyib, xırda və iribuynuzlu mal-qara, ev quşları tələf olub. 

Son xəbərlər

Orphus sistemi