Yuxarı

​Türkiyədə polisləri qətlə yetirən terrorçu qrup zərərsizləşdirilib

Toklu kəndində aparılan əməliyyat nəticəsində iki terrorçu təslim olub

Bakı. 14 sentyabr. REPORT.AZ/ Türkiyənin Şirnak əyalətində 2 polisi qətlə yetirən 5 terrorçu məhv edilib.

"Report" Türkiyə KİV-inə isinadən xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Xəbərə görə, Hakkarinin Şemdinli əyalətinin Toklu kəndində terrorçulara qarşı aparılan əməliyyat nəticəsində iki terrorçu könüllü şəkildə təslim olub, biri isə təhlükəsizlik qüvvələri əməkdaşları tərəfindən tutulub. 

Qeyd edək ki, sentyabrın 13-də terrorçuların polis məmurlarına hücumu nəticəsində 2 asayış keşikçisi şəhid olmuş, 5 isə yaralanmışdı. Bu gün həmin ərazidə keçirilən antiterror əməliyyatı nəticəsində 5 terrorçu məhv edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi