Yuxarı

​Türkiyədə polis şəhərciyi yaxınlığında terror törədilib: iki polis ölüb, 35 nəfər yaralanıb - YENİLƏNİB

Şəhərcik ərazisini əhatə edən divar dağılıb, avtomobil yolunda çuxur yaranıb

Bakı. 4 mart. REPORT.AZ/ Türkiyənin Mardin əyalətinin Nusaybin rayonunda terrorçu PKK silahlılarının partlayıcı qurğu yüklənilmiş avtomobillə törətdikləri partlayış nəticəsində 2 polis həyatını itirib, 35 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Terrorçular həmin maşını polis şəhəriciyinin yaxınlığında partladıblar. Şəhərcik ərazisini əhatə edən divar dağılıb, avtomobil yolunda çuxur yaranıb.

Məlumata görə, səhər saatlarında törədilən terror nəticəsində yaralananlar arasında mülki vətəndaşlar da var. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi