​Türkiyədə polis şəhərciyi yaxınlığında terror törədilib: iki polis ölüb, 35 nəfər yaralanıb - YENİLƏNİB

​Türkiyədə polis şəhərciyi yaxınlığında terror törədilib: iki polis ölüb, 35 nəfər yaralanıb - YENİLƏNİB Şəhərcik ərazisini əhatə edən divar dağılıb, avtomobil yolunda çuxur yaranıb
Region
4 Mart , 2016 11:36
​Türkiyədə polis şəhərciyi yaxınlığında terror törədilib: iki polis ölüb, 35 nəfər yaralanıb - YENİLƏNİB

Bakı. 4 mart. REPORT.AZ/ Türkiyənin Mardin əyalətinin Nusaybin rayonunda terrorçu PKK silahlılarının partlayıcı qurğu yüklənilmiş avtomobillə törətdikləri partlayış nəticəsində 2 polis həyatını itirib, 35 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Terrorçular həmin maşını polis şəhəriciyinin yaxınlığında partladıblar. Şəhərcik ərazisini əhatə edən divar dağılıb, avtomobil yolunda çuxur yaranıb.

Məlumata görə, səhər saatlarında törədilən terror nəticəsində yaralananlar arasında mülki vətəndaşlar da var. 

Son xəbərlər

Orphus sistemi