Türkiyədə polis məktəbi yaxınlığında partlayış nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb

Türkiyədə polis məktəbi yaxınlığında partlayış nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb Hadisənin səbəbi araşdırılır
Region
11 Aprel , 2017 14:52
Türkiyədə polis məktəbi yaxınlığında partlayış nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb
Haber7.com

Bakı. 11 aprel. REPORT.AZ/ Türkiyənin Diyarbakır əyalətində baş verən partlayış nəticəsində bir nəfər ölüb. 

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, o, yaralı halda xəstəxanaya aparılıb və orada ölüb. 
Məlumata görə, 4 yaralının müalicəsi hospitalda davam edir.

*** 12:07

Türkiyənin Diyarbakır əyalətinin Bağlar rayonunda, polis məktəbinin yaxınlığında partlayış olub.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə yerinə çoxlu sayda təcili tibbi yardım heyəti, yanğınsöndürən maşınlar və təhlükəsizlik əməkdaşları cəlb edilib.

Partlayış nəticəsində biri ağır olmaqla 4 nəfər yaralanıb.

Hadisənin səbəbi araşdırılır. 

Son xəbərlər

Orphus sistemi