Bakı. 11 aprel. REPORT.AZ/ Türkiyənin Diyarbakır əyalətində baş verən partlayış nəticəsində bir nəfər ölüb.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, o, yaralı halda xəstəxanaya aparılıb və orada ölüb.
Məlumata görə, 4 yaralının müalicəsi hospitalda davam edir.
*** 12:07
Türkiyənin Diyarbakır əyalətinin Bağlar rayonunda, polis məktəbinin yaxınlığında partlayış olub.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə yerinə çoxlu sayda təcili tibbi yardım heyəti, yanğınsöndürən maşınlar və təhlükəsizlik əməkdaşları cəlb edilib.
Partlayış nəticəsində biri ağır olmaqla 4 nəfər yaralanıb.
Hadisənin səbəbi araşdırılır.