Türkiyədə polis avtomobilinə hücum olub, iki polis yaralanıb

Türkiyədə polis avtomobilinə hücum olub, iki polis yaralanıb Hadisə ilə bağlı axtarış-əməliyyat tədbiri başlayıb
Region
3 Aprel , 2017 10:41
Türkiyədə polis avtomobilinə hücum olub, iki polis yaralanıb
Courtesy İmage

Bakı. 3 aprel. REPORT.AZ/ Bu gün səhər saatlarında Türkiyənin Mersin əyalətinin Mezitli rayonunda polis avtomobilinə edilən hücum nəticəsində iki polis əməkdaşı yaralanıb.

“Report” Haber7-yə istinadən xəbər verir ki, bu haqda rayon təhlükəsizlik idarəsinin müdiri Mehmet Şahne bildirib.

Maşında olan bir nəfər kişi xidməti vəzifələrini icra edən polislərin olduğu avtomobilə partlayıcı atıb.

Məlumata görə, yaralı polislər xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin normal olduğu bildirilir.

Hadisə yerinə polis cəlb edilib. Hadisə ilə bağlı axtarış-əməliyyat tədbiri başlayıb.

Son xəbərlər

Orphus sistemi