Türkiyədə partlayış baş verib, 2 nəfər şəhid olub, 3-ü yaralanıb

Türkiyədə partlayış baş verib, 2 nəfər şəhid olub, 3-ü yaralanıb Bakı. 24 may. REPORT.AZ/ Türkiyənin Hakkari əyalətinin Şemdinli rayonunda xidməti vəzifəsini icra etməyə gedən qoruyucu dəstənin keçdiyi yerdə minanın partladılması nəticəsində 2 nəfər şəhid olub, 3-ü yaralanıb.
Region
24 May , 2018 12:12
Türkiyədə partlayış baş verib, 2 nəfər şəhid olub, 3-ü yaralanıb
0 : 00
0 : 00

Bakı. 24 may. REPORT.AZ/ Türkiyənin Hakkari əyalətinin Şemdinli rayonunda xidməti vəzifəsini icra etməyə gedən qoruyucu dəstənin keçdiyi yerdə minanın partladılması nəticəsində 2 nəfər şəhid olub, 3-ü yaralanıb.

“Report” DHA-ya istinadən xəbər verir ki, qoruyucuların mindiyi avtomobil terrorçu PKK qruplaşmasının yola döşədiyi minaya düşüb.

Hadisə mayın 24-də səhər saatlarında İranla dövlət sərhədindən 45 km aralıda, Şemdinli rayonunun Kayalar bölgəsində baş verib. İlkin məlumata görə, şəhid olan qoruyucular Fehmi və Ayhan Özər qohumdurlar. Yaralılar Şemdinli Dövlət Xəstəxanasına yerləşdiriliblər. 

Son xəbərlər

Orphus sistemi