Yuxarı

​Türkiyədə partlayıcı dolu traktor aşkarlanıb

Əməliyyat zamanı təhlükəsizlik əməkdaşları ilə terrorçular arasında atışma düşüb

Bakı. 21 may. REPORT.AZ/ Türkiyənin Diyarbəkir əyalətinin Yenişehir bölgəsində terrorçu PKK qruplaşmasına aid olan partlayıcı maddə yüklü traktor aşkar edilib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, bomba yüklənmiş traktorla bağlı əməliyyat zamanı təhlükəsizlik orqanlarının əməkdaşları ilə terrorçular arasında atışma düşüb. Bir terrorçu zərərsizləşdirilib. Traktordakı partlayıcı isə partladılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi