​Türkiyədə partlayıcı dolu traktor aşkarlanıb

​Türkiyədə partlayıcı dolu traktor aşkarlanıb Əməliyyat zamanı təhlükəsizlik əməkdaşları ilə terrorçular arasında atışma düşüb
Region
21 May , 2016 15:05
​Türkiyədə partlayıcı dolu traktor aşkarlanıb

Bakı. 21 may. REPORT.AZ/ Türkiyənin Diyarbəkir əyalətinin Yenişehir bölgəsində terrorçu PKK qruplaşmasına aid olan partlayıcı maddə yüklü traktor aşkar edilib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, bomba yüklənmiş traktorla bağlı əməliyyat zamanı təhlükəsizlik orqanlarının əməkdaşları ilə terrorçular arasında atışma düşüb. Bir terrorçu zərərsizləşdirilib. Traktordakı partlayıcı isə partladılıb.

Son xəbərlər

Orphus sistemi