Yuxarı

Türkiyədə ilk dəfə olaraq hökumətin tərkibinə kürd partiyasının təmsilçiləri də daxil olub

Ölkədə növbədənkənar parlament seçkiləri noyabrın 1-də keçiriləcək

Bakı. 29 Avqust. REPORT.AZ/ Türkiyənin baş naziri Əhməd Davudoğlu seçkilərə qədər fəaliyyət göstərəcək müvəqqəti hökumət formalaşdırıb.

"Report" xəbər verir ki, ölkə tarixində ilk dəfə olaraq hökumətin tərkibinə kürdyönümlü müxalifət partiyasının üzvləri də daxil olub.

Partiya üzvü Əli Heydər Konca Avropa İttifaqı naziri, Müslüm Doğan isə inkişaf naziri təyin edilib.

Müxalif Milliyyətçi Hərəkat Partiyasının üzvü Tuğrul Türkeş baş nazir müavinlərindən biri olub.

Türkiyədə növbədənkənar parlament seçkiləri noyabrın 1-nə təyin edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi