Türkiyədə İŞİD üzvü olan 75 terrorçu tutulub, onların 43-ü xarici ölkə vətəndaşıdır

Türkiyədə İŞİD üzvü olan 75 terrorçu tutulub, onların 43-ü xarici ölkə vətəndaşıdır Bakı. 29 dekabr. REPORT.AZ/ Türkiyə paytxatı Ankarada keçirilən antiterror əməliyyatı nəticəsində terrorçu İŞİD qruplaşmasına üzv olmaqda şübhəli bilinən 29 nəfər tutulub.
Region
29 Dekabr , 2017 11:37
Türkiyədə İŞİD üzvü olan 75 terrorçu tutulub, onların 43-ü xarici ölkə vətəndaşıdır

Bakı. 29 dekabr. REPORT.AZ/ Türkiyə paytxatı Ankarada keçirilən antiterror əməliyyatı nəticəsində terrorçu İŞİD qruplaşmasına üzv olmaqda şübhəli bilinən 29 nəfər tutulub.

“Report” “NTV” televiziyasına istinadən xəbər verir ki, onların arasında xarici ölkə vətəndaşları da var.

Əməliyyat dekabrın 29-da səhər saatlarında keçirilib. Ankara Prokurorluğu İŞİD-lə əlaqədar 49 nəfərin tutulması barədə sanksiya verib. Onlardan 29-u saxlanılıb.

İstanbul şəhərində keçirilən antiterror əməliyyatı nəticəsində isə İŞİD üzvü olmaqda şübhıli bilinən 46 nəfər tutulub. Onların 43-ü xarici ölkə vətəndaşıdır.

Son xəbərlər

Orphus sistemi