Türkiyədə həbsdə olan üç general azadlığa buraxılıb

Türkiyədə həbsdə olan üç general azadlığa buraxılıb Bunlar briqada generalları - Murat Yayğın və Cəlaləddin Çoban, briqada admiralı Ercan İnceoğludur
Region
15 Noyabr , 2017 17:41
Türkiyədə həbsdə olan üç general azadlığa buraxılıb

Bakı. 15 noyabr. REPORT.AZ/ Türkiyədə ötən ilin iyulun 15-də dövlət çevirlişinə cəhddə iştirak etməkdə ittiham olunaraq həbs edilən 3 general azadlığa buraxılıb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunlar briqada generalları - Murat Yayğın və Cəlaləddin Çoban, briqada admiralı Ercan İnceoğludur.  

Ankara 19-cu Ağır Cinayətlər Məhkəməsinin noyabrın 15-də keçirilən iclasında generalların həbsdən azad edilməsi haqqında qərar çıxarılıb.  

Son xəbərlər

Orphus sistemi