Yuxarı
    Bağlamaq

    ​Türkiyədə "Fiat" və "Renault" zavodlarının işçiləri tətil elan ediblər

    Onlar əmək haqlarının aşağı, iş şəraitlərinin isə pis olmasına etiraz edirlər

    Bakı. 16 may. REPORT.AZ/ Türkiyədə "Fiat" və "Renault" avtomobil zavodlarının əməkdaşları tətil elan ediblər.

    "Report" "Reuters"ə istinadən xəbər verir ki, "Renault" zavodunda iş cümə axşamı gecə saatlarında dayandırılıb.

    Fransanın avtomobil istehsalçısının mətbuat xidməti nümayəndəsinin məlumatına görə, aksiyada Bursa şəhərindəki zavodun 2,5 mindən çox işçisi iştirak edir.

    Həmçinin cümə günü İtaliyanın "Fiat" və Türkiyənin "Koç Holdinq" şirkətlərinin birgə müəssisəsi sayılan "Tofaş" zavodunun əməkdaşları fəaliyyətlərini dayandırıblar.

    İşçilər əmək haqqının aşağı, iş şəraitinin isə pis olmasına etiraz edirlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi