​Türkiyədə "Fiat" və "Renault" zavodlarının işçiləri tətil elan ediblər

​Türkiyədə "Fiat" və "Renault" zavodlarının işçiləri tətil elan ediblər Onlar əmək haqlarının aşağı, iş şəraitlərinin isə pis olmasına etiraz edirlər
Region
16 May , 2015 07:37
​Türkiyədə Fiat və Renault zavodlarının işçiləri tətil elan ediblər

Bakı. 16 may. REPORT.AZ/ Türkiyədə "Fiat" və "Renault" avtomobil zavodlarının əməkdaşları tətil elan ediblər.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, "Renault" zavodunda iş cümə axşamı gecə saatlarında dayandırılıb.

Fransanın avtomobil istehsalçısının mətbuat xidməti nümayəndəsinin məlumatına görə, aksiyada Bursa şəhərindəki zavodun 2,5 mindən çox işçisi iştirak edir.

Həmçinin cümə günü İtaliyanın "Fiat" və Türkiyənin "Koç Holdinq" şirkətlərinin birgə müəssisəsi sayılan "Tofaş" zavodunun əməkdaşları fəaliyyətlərini dayandırıblar.

İşçilər əmək haqqının aşağı, iş şəraitinin isə pis olmasına etiraz edirlər.

Son xəbərlər

Orphus sistemi