Yuxarı

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən 162 məmur tutulub

Ölkənin 24 əyalətinin ədliyyə idarələrində eyni vaxtda əməliyyat keçirilib

Bakı. 30 sentyabr. REPORT.AZ/ İstanbulun Qaziosmanpaşa və Büyükçekmece rayonlarının ədliyyə idarələrinin 87 əməkdaşı Fətullahçı terror təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinərək tutulublar.

"Report" NTV telekanalına istinadən xəbər verir ki, Türkiyənin 24 əyalətinin ədliyyə idarələrində eyni vaxtda FETÖ-yə qarşı əməliyyat keçirilib.

Şübhəlilər İstanbulun Təhlükəsizlik İdarəsinə aparılıblar. Onlar "ByLock" kompüter əlaqələndirmə proqramından istifadə etməkdə şübhəli bilinirlər. FETÖ lideri bu proqram vasitəsilə tərəfdarlarına müxtəlif təlimatlar verib.                                       

Məlumata görə, İstanbuldakı 3 həbsxanada FETÖ-yə qarşı keçirilən əməliyyat nəticəsində müəssisələrin 75 əməkdaşı tutulub. Onların yaşadığı evlərdə axtarış aparılıb. Belə müəssisələrdə əvvəllər keçirilən əməliyyat zamanı çoxlu sayda həbsxana məmuru həbs edilib. 

Qeyd edək ki, bir müddət əvvəl İstanbulun Bakırköy, Anadolu, Adalet, Qaziosmanpaşa, Küçükçekmece, Büyükçekmece, Silivri rayonlarının ədliyyə idarələrinin 293 əməkdaşı nəzarət altına alınıb, 50-dən çox şübhəli barədə həbs qətimkan tədbiri seçilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi