Türkiyədə dövlət çevrilişi cəhdindən sonra 51 332 nəfər vəzifəsindən kənarlaşdırılıb

Türkiyədə dövlət çevrilişi cəhdindən sonra 51 332 nəfər vəzifəsindən kənarlaşdırılıb Həmin şəxslər FETÖ ilə əlaqədə şübhəli sayılırlar
Region
27 İyul , 2016 18:00
Türkiyədə dövlət çevrilişi cəhdindən sonra 51 332 nəfər vəzifəsindən kənarlaşdırılıb

Bakı. 27 iyul. REPORT.AZ/ Türkiyədə son günlərdə ümumilikdə 51 332 nəfər vəzifəsindən kənarlaşdırılıb.

"Report" "Milliyet"ə istinadən xəbər verir ki, həmin şəxslər Fətullahçı terror təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində işlərindən uzaqlaşdırılıblar. 

Məlumata görə, Əmək və Sosial Müdafiə Nazirliyində 1 180, Mədəniyyət və Turizm Nazirliyində 110, Ərzaq, Kənd təsərrüfatı və Heyvandarlıq Nazirliyində 673, Meşə və Su Təsərrüfatı Nazirliyində 221, Gömrük və Ticarət Nazirliyində 184, Maliyyə Nazirliyində 1 500, Enerji və Təbii Ehtiyatlar Nazirliyində 300, Gənclər və İdman Nazirliyində 265, Ətraf Mühit və Şəhərsalma Nazirliyində 167, Ailə və Sosial Siyasət Nazirliyində 599, Milli Təhsil Nazirliyində 42 767, Milli Müdafiə Nazirliyində 262, İnkişaf Nazirliyində 82, Elm, Sənaye və Texnologiya Nazirliyində 560, Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyində 529 və İqtisadiyyat Nazirliyində 15 nəfər vəzifəsindən kənarlaşdırılıb.

Bundan başqa, Türkiyə Xarici İşlər Nazirliyində iki səfir - Gürcan Balık və Tuncay Babalı, Nazirlər Kabineti yanında Dini İşlər İdarəsində 1 112, Banklar Fəaliyyətinə Nəzarət Qurumunda (BDDK) 86, Enerji Bazarına Nəzarət Qurumunda (EPDK) 25, İstanbul birjasında (BIST) 51, İnvestisiya Bazarı Qurumunda (SPK) 36, Radio və Televiziya Şurasında (RTÜK) 29, Ankara Universitetində 4, Bülənt Ecevit Universitetində 31, TÜRKSAT-da 29, Mənzil İnşaatı İdarəsində (TOKİ) 22, TRT-də 300, Statistika Qurumunda (TÜİK) 21, Hesablama Palatasında (Sayıştay) 108, Xəzinə müşavirliyində 62 nəfər işindən uzaqlaşdırılıb. 

Son xəbərlər

Orphus sistemi