Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı 101 min 799 şübhəli istintaqa cəlb edilib, onlardan 40 min 832 nəfəri həbs olunub

Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı 101 min 799 şübhəli istintaqa cəlb edilib, onlardan 40 min 832 nəfəri həbs olunub FETÖ-yə üzv olmaqda şübhəli bilinən 34 min 907 nəfər istintaqa cəlb edilib
Region
15 Dekabr , 2016 14:22
Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı 101 min 799 şübhəli istintaqa cəlb edilib, onlardan 40 min 832 nəfəri həbs olunub

Bakı. 15 dekabr. REPORT.AZ/ Fətullahçı Terror Təşkilatının (FETÖ) Türkiyədə dövlət çevrilişinə cəhdində iştirakda şübhəli bilinən 101 min 799 nəfər istintaqa cəlb edilib.

“Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, onlardan 40 min 832 nəfəri barəsində həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, FETÖ-yə üzv olmaqda şübhəli bilinən 34 min 907 nəfər istintaqa cəlb edilib. Onların 9 min 795 nəfəri sərbəst buraxılıb.

Qeyd edək ki, bu il iyulun 15-də FETÖ Türkiyədə dövlət çevirilişinə uğursuz cəhd edib. 

Son xəbərlər

Orphus sistemi