Yuxarı

Türkiyədə daha bir general saxlanılıb

Necip Yılmaz dövlət çevrilişi cəhdindən sonra Hərbi Hava Məktəbinə müvəqqəti olaraq icraçı təyin edilmişdi

Bakı. 27 iyul. REPORT.AZ/ Türkiyədə daha bir general saxlanılıb. 

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, general-mayor Necip Yılmaz Fətullahçı terror təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişi cəhdindən sonra İstanbul şəhərindəki Hərbi Hava Məktəbinə müvəqqəti olaraq icraçı təyin edilmişdi. 

Türkiyəli general bu gün iş yerində saxlanılaraq Ankaraya aparılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi