Yuxarı

​Türkiyədə baş vermiş yol qəzasında 10 nəfər xəsarət alıb

Yaralılar təcili yardım maşınlarıyla xəstəxanalara aparılıb

Bakı. 13 avqust. REPORT.AZ/ Türkiyədə ağır yol qəzası baş verib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə Ərzurum vilayətində baş verib.

Məlumata görə, iki avttomobilin toqquşması nəticəsində 10 nəfər xəsarət alıb.

Hadisə yerinə polis, xilasedicilər və həkimlər cəlb edilib. Xilasedicilər toqquşmuş avtomobillərdən birindəki sürücünü maşının içindən çıxarıblar.

Yaralılar təcili yardım maşınlarıyla xəstəxanalara aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi