​Türkiyədə baş vermiş yol qəzasında 10 nəfər xəsarət alıb

​Türkiyədə baş vermiş yol qəzasında 10 nəfər xəsarət alıb Yaralılar təcili yardım maşınlarıyla xəstəxanalara aparılıb
Region
13 Avqust , 2016 03:24
​Türkiyədə baş vermiş yol qəzasında 10 nəfər xəsarət alıb

Bakı. 13 avqust. REPORT.AZ/ Türkiyədə ağır yol qəzası baş verib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə Ərzurum vilayətində baş verib.

Məlumata görə, iki avttomobilin toqquşması nəticəsində 10 nəfər xəsarət alıb.

Hadisə yerinə polis, xilasedicilər və həkimlər cəlb edilib. Xilasedicilər toqquşmuş avtomobillərdən birindəki sürücünü maşının içindən çıxarıblar.

Yaralılar təcili yardım maşınlarıyla xəstəxanalara aparılıb.

Son xəbərlər

Orphus sistemi