Yuxarı

Türkiyədə avtomobil və mikroavtobus kanala düşüb: 8 nəfər ölüb, 4 nəfər yaralanıb

Bakı. 30 mart. REPORT.AZ/ Türkiyənin Bayburt bölgəsində avtomobil və mikroavtobusun su kanalına düşməsi nəticəsində 8 nəfər ölüb, 4 nəfər yaralanıb.

"Report" TRT-yə istinadən xəbər verir ki, bunu Bayburt valisi Ali Hamza Pehlivan bildirib.

İran dövlət nömrə nişanlı maşın Bayburt-Gümüşhane avtomobil yolunun Aydıntepe yolayrıcında kanalizasiya suyu üçün nəzərdə tutulan və tikilməkdə olan kanala düşüb. Maşındakılar İran vətəndaşları olublar. 

Onun ardınca Bayburt-Trabzon marşrutu üzrə hərəkət edən mikroavtobusun da həmin yerə düşməsi nəticəsində ikinci qəza baş verib. Kanalın dərinliyi 5 metrdir. 

Hadisə nəticəsində ölənlər Türkiyə və İran vətəndaşlarıdır. 

Qəzaların baş vermə səbəbi araşdırılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi