Yuxarı

Türkiyədə avtomobil dayanacağında güclü yanğın olub, 70-ə yaxın nəqliyyat vasitəsi yanıb - VİDEO

Hadisənin baş vermə səbəbləri məlum deyil

Bakı. 16 iyun. REPORT.AZ/ Türkiyənin Konya şəhərində avtomobil dayanacağında güclü yanğın baş verib. 

"Report" "Milliyet" qəzetinə istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Karatay rayonunun Tatlıcak məhəlləsində Konya Böyükşəhər Bələdiyyəsinə məxsus dayanacaqda olub. 

Nəticədə 70-ə yaxın minik və yük avtomobilləri, o cümlədən mikroavtobuslar yararsız vəziyyətə düşüb, ətrafı qatı tüstü dumanı bürüyüb. 

Yanğını təxminən iki saatdan sonra lokallaşdırmaq mümkün olub. 

Hadisənin baş vermə səbəbləri məlum deyil

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi