Türkiyədə avtomobil dayanacağında güclü yanğın olub, 70-ə yaxın nəqliyyat vasitəsi yanıb - VİDEO

Türkiyədə avtomobil dayanacağında güclü yanğın olub, 70-ə yaxın nəqliyyat vasitəsi yanıb - VİDEO Hadisənin baş vermə səbəbləri məlum deyil
Region
16 İyun , 2016 20:20
Türkiyədə avtomobil dayanacağında güclü yanğın olub, 70-ə yaxın nəqliyyat vasitəsi yanıb - VİDEO

Bakı. 16 iyun. REPORT.AZ/ Türkiyənin Konya şəhərində avtomobil dayanacağında güclü yanğın baş verib. 

"Report" "Milliyet" qəzetinə istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Karatay rayonunun Tatlıcak məhəlləsində Konya Böyükşəhər Bələdiyyəsinə məxsus dayanacaqda olub. 

Nəticədə 70-ə yaxın minik və yük avtomobilləri, o cümlədən mikroavtobuslar yararsız vəziyyətə düşüb, ətrafı qatı tüstü dumanı bürüyüb. 

Yanğını təxminən iki saatdan sonra lokallaşdırmaq mümkün olub. 

Hadisənin baş vermə səbəbləri məlum deyil.

Son xəbərlər

Orphus sistemi