Yuxarı
    Bağlamaq

    Türkiyədə 9 ali təhsil müəssisəsinə yeni rektor təyinatı olub

    Ərdoğan onlardan üçünə yenidən etimad göstərib

    Bakı. 28 iyul. REPORT.AZ/ Türkiyədə 9 ali təhsil müəssisəsinə yeni rektor təyinatı olub. 

    "Report" "Milliyet"ə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı sərəncam imzalayıb. 

    Dövlət başçısı Türkiyə Ali Təhsil Şurasının (YÖK) təklif etdiyi namizədlər arasından professor, doktor Mustafa Verşan Kökü Orta Şərq Texniki Universiteti (ÖDTÜ), prof. dr. İbrahim Uslanı Qazi Universiteti, prof. dr. Erkan İbişi yenidən Ankara Universiteti, prof. dr. Alim Yıldızı Cümhuriyyət Universiteti, prof. dr. Mustafa Kibarı yenidən Çuxurova Universiteti, prof. dr. Ahmet Kızılayı İnönü Universiteti, prof. dr. Süleyman Baykalı yenidən Qara dəniz Tekniki Universiteti, prof. dr. Erhan Tabakoğlunu Trakya Universiteti və prof. dr. Bahri Şahini Ulduz Tekniki Universitetinin rektoru təyin edib. 

    Qeyd edək ki, Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində ali təhsil müəssisələrində də "kütləvi təmizləmə" aparılır.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi