Bakı. 19 yanvar. REPORT.AZ/ Türkiyədə 80-ci partiya yaranıb. "Report" "Haberler" saytına istinadən xəbər verir ki, bu, kürdlərin Xalq Demokrat Partiyasından (HDP) sonra ölkədəki etnik qrupun yaratdığı ikinci siyası təşkilatdır.
Çərkəzlərə aid olan yeni partiya belə adlanır - Plüralist Demokratiya Partiyası (Çoğulcu Demokrasi Partisi).
Partiyanın baş katibi Kənan Kaplan yeni qurulan siyasi təşkilat haqda bunları söyləyib: "Partiyamızın hədəfi Türkiyədəki bütün etnik qrupların problemlərini müdafiə etməkdir. Dilinə, mədəniyyətinə və etnik kimliyinə separatçılıq yolu ilə deyil, insanlıq şərəfinə yiyələnməyi anladacağıq. Biz Türkiyənin birliyi və güclü olmasının tərəfdarıyıq".