​Türkiyədə yeni partiya yaradılıb

​Türkiyədə yeni partiya yaradılıb Kənan Kaplan: "Biz Türkiyənin birliyi və güclü olmasının tərəfdarıyıq"
Region
19 Yanvar , 2015 20:43
​Türkiyədə yeni partiya yaradılıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Türkiyədə 80-ci partiya yaranıb. "Report" "Haberler" saytına istinadən xəbər verir ki, bu, kürdlərin Xalq Demokrat Partiyasından (HDP) sonra ölkədəki etnik qrupun yaratdığı ikinci siyası təşkilatdır.

Çərkəzlərə aid olan yeni partiya belə adlanır - Plüralist Demokratiya Partiyası (Çoğulcu Demokrasi Partisi).

Partiyanın baş katibi Kənan Kaplan yeni qurulan siyasi təşkilat haqda bunları söyləyib: "Partiyamızın hədəfi Türkiyədəki bütün etnik qrupların problemlərini müdafiə etməkdir. Dilinə, mədəniyyətinə və etnik kimliyinə separatçılıq yolu ilə deyil, insanlıq şərəfinə yiyələnməyi anladacağıq. Biz Türkiyənin birliyi və güclü olmasının tərəfdarıyıq".  

Son xəbərlər

Orphus sistemi