Türkiyədə 5,8 bal gücündə zəlzələ olub - YENİLƏNİB

Türkiyədə 5,8 bal gücündə zəlzələ olub - YENİLƏNİB 15 ev uçub, 2 nəfər yaralanıb
Region
2 Mart , 2017 16:22
Türkiyədə 5,8 bal gücündə zəlzələ olub - YENİLƏNİB

Bakı. 2 mart. REPORT.AZ/ Adıyamanda baş verən zəlzələ nəticəsində insan tələfatı olmasa da, dağıntılar var.

“Report” Haber7-yə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Adıyaman əyalətinin başçısı Osman Ərtoğrul Altuğ bildirib.

Onun sözlərinə görə, Adıyamanda Müsəllə məscidinin minarəsi dağılıb. 

Adıyamanın Akdamar kəndinin icra başçısı Necmettin Öztürk CNNTürk-ə müsahibəsində güclü zəlzələnin olduğunu deyib: “15 ev uçdu. Kənddə iki nəfər yaralanıb. Kənddəki evlərin yarısı uçub. Evlər girilməz hala düşüb”.

*** saat 15:27

Bakı. 2 mart. REPORT.AZ/ Türkiyənin Adıyaman əyalətində 5,8 bal gücündə zəlzələ olub.

“Report” "Sabah"a istinadən xəbər verir ki, yeraltı təkanlar ölkənin Diyarbakır, Qaziantəp və Malatya bölgələri də daxil omaqla bir çox əyalətlərdə hiss edilib.

Xəsarət və dağıntı barədə hələlik xəbər verilməyib.

Son xəbərlər

Orphus sistemi