Türkiyə XİN başçısı: “Rejim və bəzi qruplar Hələbdə atəşkəsə mane olurlar”

Türkiyə XİN başçısı: “Rejim və bəzi qruplar Hələbdə atəşkəsə mane olurlar” Mövlud Çavuşoğlu: “Dinc sakinlərin tam təxliyəsi başlamayıb və bu məsələdə gecikmə var”
Region
14 Dekabr , 2016 13:40
Türkiyə XİN başçısı: “Rejim və bəzi qruplar Hələbdə atəşkəsə mane olurlar”

Bakı. 14 dekabr. REPORT.AZ/ ”Suriyadakı rejim və bəzi qruplar Hələbdə atəşkəsə mane olurlar”.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Suriyanın Hələb şəhərində baş verənlərə və atəşkəsin pozulmasına münasibət bildirərkən deyib.

XİN başçısı qeyd edib ki, şəhərdən dinc sakinlərin tam təxliyəsi başlamayıb və bu məsələdə gecikmələr var.

Onun sözlərinə görə, Türkiyənin Fövqəladə Hallar İdarəsi və Qızıl Ay Cəmiyyəti Hələbdən çıxarılacaq suriyalı qaçqınları qəbul etməyə hazırdır.

M.Çavuşoğlu bildirib ki, Rusiya xarici işlər naziri Sergey Lavrova zəng edəcək və yaranmış vəziyyətlə bağlı müzakirə aparacaq.   

Qeyd edək ki, BMT-nin Baş katibi Pan Gi Mun Suriya və onun müttəfiqlərini - Rusiya və İranın silahlı qüvvələrini şərqi Hələbdən qaçan mülki vətəndaşlar üçün təhlükəsiz dəhlizlərinin təmin edilməsinə, eləcə də məhbuslara qarşı humanist davranmağa çağırıb.

BMT-nin Təhlükəsizlik Şurasının Hələb məsələsi üzrə keçirilən iclasında çıxış edən Pan Gi Mun deyib ki, intensiv döyüşlər nəticəsində silahlı müxalifətin əlində şəhərin şərq hissəsinin cəmi beş faiz ərazisi qalıb.

Xatırladaq ki, Rusiyanın havadan bombalaması nəticəsində Hələb Bəşşar Əsəd rejiminin nəzarəti altına keçib. Həmin əməliyyatlar zamanı çoxlu sayda mülki sakin öldürülüb. 

Bundan başqa, terrorçu İŞİD qruplaşması Suriyanın Palmira şəhərini yenidən işğal edib. Fransa və başqa Qərb dövlətləri qədim şəhərin yenidən terrorçuların əlinə keçməsinə görə, Rusiyanı qınayıblar. Bu şəhər 7 ay əvvəl Rusiyanın dəstəyi ilə İŞİD-dən təmizlənib.

Son xəbərlər

Orphus sistemi