Türkiyə XİN başçısı: “Ölkəndə terrora qarşı mübarizə apara bilmirsən, amma qoçuluq etmək istəyirsən?”

Türkiyə XİN başçısı: “Ölkəndə terrora qarşı mübarizə apara bilmirsən, amma qoçuluq etmək istəyirsən?” Mövlud Çavuşoğlu: “Biz əvvəlcədən də elan etdiyimiz tədbirləri görəcəyik”
Region
2 Noyabr , 2016 14:27
Türkiyə XİN başçısı: “Ölkəndə terrora qarşı mübarizə apara bilmirsən, amma qoçuluq etmək istəyirsən?”

Bakı. 2 noyabr. REPORT.AZ/ “Öz ölkəndə terrora qarşı mübarizə apara bilmədiyin halda qoçuluq etmək istəyirsən?!”

“Report” "Habertürk"ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

İraqın Baş naziri Heydər əl-İbadinin İraqdakı Türkiyə əsgərlərini hədələyən açıqlamasına münasibət bildirən M.Çavuşoğlu deyib: “Biz cavab verəndə dost ölkələr sonra “biz onsuz da çətin vəziyyətdəyik, bizi pis vəziyyətdə qoymayın” deyirlər. Biz əvvəldən söyləyirik, hərbçilərimizi sərhədin o biri tərəfinə göndərməmişik. Terrorçu İŞİD bizim sərhədimizə gələ bilər. Bundan başqa, sərhədimizin o biri tərəfində 2 min PKK terrorçusu var. PKK qruplaşması dünyanın terrorçu təşkilatları siyahısındadır. İŞİD-ə qarşı göstərdiyi həssaslığı Sincar bölgəsində torpaqlar ələ keçirən və Süleymaniyyəni də məğlub etmək istəyən PKK-ya qarşı niyə göstərmirsən? Bizim tədbirlərimiz terror təhdidlərinə qarşıdır".

M.Çavuşoğlu qeyd edib ki, rəsmi Ankaranın bu istiqamətdəki fəaliyyəti İraq hökumətinə qarşı yönəlməyib: "Biz həm də İraqa kömək göstəririk. Sən niyə pis niyyətlə düşünürsən? Biz İraqın dost və qardaş ölkə olduğunu deyirik. İraqın ərazi bütövlüyünü bizdən daha yaxşı dəstəkləyən yoxdur. Ayrılmaya meyili olanlara ən sərt mesajı biz verdik. O ki qaldı, güc məsələsinə, o zaman sənin elə gücün vardısa, Mosulu niyə 6 gündə İŞİD-ə təsliim etdin?! Əgər belə güclüsənsə, niyə PKK illərdir torpaqlarını işğal edir? Zəifsən, amma bəlağətlə danışıb, qoçuluq etmək istəyirsən. Bunlar bizim üçün boş şeydir. Biz əvvəlcədən də elan etdiyimiz tədbirləri görəcəyik” .

Xatırladaq ki, Heydər əl-İbadi növbəti dəfə Türkiyə hərbçilərinin İraqdan çıxmasını tələb edib. Baş nazir bildirib ki, bu baş verməzsə, türk hərbçilərini zorla İraq ərazisindən çıxarmağa gücləri çatacaq. 

Son xəbərlər

Orphus sistemi