Mövlud Çavuşoğlu Almaniyanı FETÖ üzvlərini Türkiyəyə ekstradisiya etməyə çağırıb

Mövlud Çavuşoğlu Almaniyanı FETÖ üzvlərini Türkiyəyə ekstradisiya etməyə çağırıb "Həmin şəxslər 2013-cü il dekabrın 17-25-də Türkiyədə baş vermiş hadisələrdən sonra Almaniyaya qaçıblar"
Region
28 İyul , 2016 18:30
Mövlud Çavuşoğlu Almaniyanı FETÖ üzvlərini Türkiyəyə ekstradisiya etməyə çağırıb

Bakı. 28 iyul. REPORT.AZ/ "Almaniya Fətullahçı terror təşkilatı (FETÖ) ilə əlaqəli olan bəzi hakim və prokurorları Türkiyəyə ekstradisiya etməlidir". 

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "CNN Türk"ə müsahibəsində bildirib.  

Onun sözlərinə görə, həmin şəxslər 2013-cü il dekabrın 17-25-də Türkiyədə baş vermiş hadisələrdən sonra Almaniyaya qaçıblar". 

Nazir həmçinin deyib ki, ABŞ barəsində qiyabi həbs qərarı çıxarılmış FETÖ lideri Fətullah Güləni Türkiyəyə ekstradisiya etməzsə, iki ölkə arasındakı münasibətlərə ziyan dəyə bilər. 

Son xəbərlər

Orphus sistemi